Türkiyə və Rusiya müharibəyə hazırlaşır: “Danışıqlı döyüş ehtimalı var”- ŞOK AÇIQLAMAbackend

Türkiyə və Rusiya müharibəyə hazırlaşır: “Danışıqlı döyüş ehtimalı var” – ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Suriyadan Türkiyə və Rusiyanın yaxın günlərdə hərbi əməliyyatlara başlayacağı xəbərləri gəlməkdədir. Soçi görüşü sonrası Putin və Ərdoğanın sakit tərzləri əslində onu deməyə əsas verirdi ki, hər şey yaxşıdır, heç bir problem yoxdur, amma hər iki ordu müharibəyə hazırlıq görürdü. Deməli, ortada danışıqlı döyüş ehtimalı var”.

Bu fikirləri Editor.az- açıqlamasında politoloq Azər Qasımov deyib.

O, bildirib ki, Hums, Həma, Hələbdən çıxarılan və Suriya ordusu əleyhinə döyüşən, adları terrorçu adlanan, Səudiyyə Ərəbistanı, Amerika və digər ölkələrə bağlı qrupların avtobuslarla çıxarılması hərkəsi məlumdur:

“Deməli, həmin qruplaşmaların hamısı İdlibə doğru geri çəkildi.  Böyük əksəriyyəti indi də ordadırlar, hansı ki Rusiya onları bombalayır, onlar da Rusiyanın Laskiyədə olan hərbi bazasını vururlar. Türkiyə isə Afrin bölgəsini “Zeytun budağı” əməliyyatı ilə azad etdi, Tel Rıfat bölgəsinə çatanda Rusiyanın təzyiqi ilə orda dayandı. Afrindən qaçan bütün PKK ünsürləri də ora yığıldı. İndi ordan edilən hücum nəticəsində son günlər alrı türk əsgəri şəhid oldu. Ümumi durum belədir”.

Siyasi analitikin sözlərinə görə mənzərəni başa düşən hər kəsdə bir fikir yaranır:

“Türkiyə Tel Rıfatı almalıdır, Rusiya da İdlibi. Amma məsələ ondadır ki, İdlibin itirilməsi əvvəla Türkiyənin və Ərdoğanın imicinə zərbə olar, həm də kütləvi qaçqın problemi yaradar. Ona görə də bu, mümkün deyil. Burda M4 magistralı deyilən yol vardır ki, bu yol Ağ dənizi Suriyanın digər şəhərləri ilə birləşdirir, ancaq İdlibin Serakib bölgəsində Türkiyənin əlindədir. Bu da bir neçə km yoldur, gəlib M5 yoluna birləşir. Beləliklə, hər kəs istədiyini almalıdır. Türkiyəyə öz sərhəddindən təxminən 30km təhlükəsizlik zolağı lazımdır, eyni zamanda, müharibə ilə İdlibdə olan və ona tabe olmayan qrupların qismən, ya mümkün qədər məhv edilməsi, odur ki, M4 yolu Rusiyanın nəzarətinə veriləcək”.

Siyasi şərhçi bildirib ki, Türkiyə və Rusiya bir-birinin təhlükəsizliyi üçün oynayır:

“Böyük ehtimalla Suriya sərhəddindəki Əl Bab, Münbiç, Ayn İsa bölgələri də daxil olacaq, burda yerləşən pkk lıları təmizləmək üçün. Rus ordusunun Ayn İsadan çıxdığı da deyilir. Bununla da Suriya məsələsi bağlanacaq. Ümumi məntiq bunu göstərir”.

//Gülnarə Abasova, Editor.az