Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlardan sonra Moskva və Ankaranın Suriyadakı vəziyyətlə bağlı əməkdaşlıq etmək barədə razılığa gəldiyini bildirib.
Tərəflər Ərəb Respublikasındakı vəziyyətin nizamlanmasında maraqlı olduqlarını ifadə ediblər. “Biz Suriya məsələsində ölkələrimiz arasında əldə olunan əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə etdik. Sergey Lavrov danışıqların yekunlarına dair mətbuat konfransında deyib: “Biz yeni reallıqları nəzərə alaraq, bu ölkədəki vəziyyətin nizamlanması üçün birgə işə təkan verməkdə qarşılıqlı marağımızı təsdiqlədik”.
Hakan Fidan qeyd edib ki, o, rusiyalı nazirlə Suriyadakı vəziyyətin inkişafını müzakirə edib. “Son 3 ayda baş verən hadisələr bizə ümid verir. Türkiyə olaraq bu prosesdə də türk xalqını dəstəkləyəcəyik” deyən Fidan, “Hər kəsdən Türkiyənin təhlükəsizlik maraqlarına hörmətlə yanaşmasını gözləyirik”.
//Samir Qurbanov, Editor.az

