Türkiyə və Rusiya XİN başçıları regional məsələləri müzakirə edibbackend

Türkiyə və Rusiya XİN başçıları regional məsələləri müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

Bunu M.Çavuşoğlu tviter səhifəsində yazıb.

Tərəflər regional və beynəlxalq məsələləri, o cümlədən Ukrayna taxılının dünya bazarına ixracını müzakirə ediblər.

“Taxıl ixracının daimi atəşkəsə səbəb olub-ola bilməyəcəyini müzakirə etdik. Bu barədə mövqelərimizi ortaya qoyduq”, – M.Çavuşoğlu bildirib.

Qeyd edək ki, Türkiyə XİN başçısı Kamboca Krallığında səfərdədir.