Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Hakan Fidanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşüb.
Tərəflər xüsusilə iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdilər. Qara dəniz zonası və Zaqafqaziya, Qəzza zolağı, Suriya, bütövlükdə Yaxın Şərq də daxil olmaqla “kəskin regional problemlərin” qarşılıqlı məqbul həlli maraqlarına uyğun addımların əlaqələndirilməsini fikri müdafiə olunub.
Editor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Qarşılıqlı faydalı əlaqələrin qorunub saxlanılması və daha da genişləndirilməsi maraqları naminə birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Energetika sektorunda Rusiya-Türkiyə layihələrinin həyata keçirilməsində əsas irəliləyişlərə toxunulub”, – danışıqlardan sonra verilən mesajda deyilir.
//Samir Qurbanov, Editor.az

