Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı aparıb.
Editor.az Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Xüsusilə, İsrail və Fələstin arasındakı münaqişədən, Qəzza zolağına raket hücumlarından danışılıb. Nazirlər İsrail və Fələstin ətrafındakı vəziyyətdən, dinc əhali arasında itkilərin artmasından dərin narahatlığını ifadə edərək, atəşkəs və danışıqların bərpasına ehtiyac olduğunu vurğulayıblar. Qeyd edək ki, bundan əlavə, prezidentlər də münaqişənin həllinə kömək etməyə hazır olduqlarını bəyan etmişdilər.
//Samir Qurbanov, Editor.az

