Türkiyə və Səudiyyə XİN başçıları arasında səmimi görüş – Məkkədə baş tutubbackend

Türkiyə və Səudiyyə XİN başçıları arasında səmimi görüş – Məkkədə baş tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 11-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara və Ər-Riyad aralarında olan fikir ayrılıqlarının həlli üçün dialoqu dətəkləyəcəklər. O, ikitərəfli münasibətləri və Yerusəlimdə və Qəzza sektorunda İsrailin hücumlarını səudiyyəli həmkarı Feysəl bin Fərhan əl-Səudla Məkkədə müzakirə edib.

Bu barədə «Hurriyet Daily News» nəşri xəbər verib.

«Bizim çox açıq və səmimi görüşümüz oldu. Biz, dialoqu davam etdirmək qərarına gəldik» – Mövlud Çavuşoğlu jurnalistlərə bildirib.

Nəşir qeyd edir ki, diplomatik idarələrin başçıları arasında danışıqlar səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının İstanbulda öldürülməsi (2018) səbəbilə iki ölkə arasında yaranmış fikir ayrılığının həllinə yönəldilib.

Çavuşoğlu xəbər verib ki, səudiyyəli həmkarını danışıqları davam etdirmək üçün Türkiyəyə səfərə dəvət edib və bildirib ki, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün lazımi işlər görüləcək.