Türkiyə və Suriya liderlərinin görüşünə hazırlıq gedirbackend

Türkiyə və Suriya liderlərinin görüşünə hazırlıq gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərə bildirib ki, Türkiyə hakimiyyəti Suriya ilə münasibətlərin normallaşması kursundan razıdır.

Editor.az bu barədə Türkiyə mənbəərinə istinadən məlumat verir. Çelikin sözlərinə görə, Ankara və Dəməşq nümayəndələri arasında danışıqların gündəliyinin növbəti mərhələsi sammit görüşünün təşkili məsələsinin müzakirəsi olacaq: “Hesab edirik ki, iki ölkə arasında körpülərin qurulmasının və siyasi dialoqun vaxtı çatıb. Gündəlikdə duran növbəti məsələ sammit görüşünün keçirilməsinin mümkünlüyü olacaq.

Biz bu günə qədər əldə olunan səviyyədən razıyıq. ” –Çelik deyib.

Xatırladaq ki, 2011-ci ildə Suriyada münaqişə başlayandan sonra iki ölkə arasında münasibətlər gərginləşib və diplomatik əlaqələr kəsilib.

//Samir Qurbanov,Editor.az