Türkiyə və Ukrayna “taxıl sazişi”ni bərpa edirbackend

Türkiyə və Ukrayna “taxıl sazişi”ni bərpa edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Müdafiə Nazirliyi Yaşar Gülər Ukraynanın Müdafiə naziri Rustem Umerov ilə görüşüb.

Tərəflər 2023-cü ilin iyulunda başa çatan taxıl sazişinin bərpasını müzakirə ediblər: “O (Rüstəm Umerov ) mayın 14-də Ankaraya səfər edib və müdafiə naziri ilə görüş keçirib, burada regional təhlükəsizlik məsələləri və ikitərəfli hərbi əməkdaşlıq imkanları müzakirə edilib”.

Editor.az bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Kanal “24” bildirib ki, nazirlərin görüşü dostluq və konstruktiv şəraitdə keçib. Onun sözlərinə görə, tərəflər taxıl müqaviləsinin bərpasını davam etdirmək barədə razılığa gəliblər. Yaşar Gülər Ukraynanın ərazi bütövlüyünü də dəstəklədiyini bildirib, Qara dənizdə gərginliyin qarşısının alınmasının vacibliyindən danışıb və Türkiyənin boğazlar üzərində suverenliyini müəyyən edən Montrö Konvensiyasına sadiq olduğunu bəyan edib.
Xatırladaq ki, Rusiya ötən il iyulun 18-də şərtlərini yerinə yetirmədiyini bəyan edərək, taxıl sazişindən çıxıb.

//Samir Qurbanov, Editor.az