Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Editor.az -ın xəbərinə görə, bu barədə nazirlik rəsmi “X” hesabında paylaşım edib.
“Azərbaycan xalqının əzmkarlıq və qəhrəmanlıqla qazandığı zəfərin beşinci ildönümünü təbrik edir, vətən torpağı uğrunda canlarını fəda edən bütün qəhrəmanları hörmət və rəhmətlə yad edirik”, – deyə paylaşımda bildirilib.

