Türkiyənin Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib.
Editor.az xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin sosial şəbəkədəki paylaşımında qeyd olunub.
“Can Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü münasibətilə azərbaycanlı qardaşlarımzı təbrik edirik. Müstəqillik uğrunda həyatını fəda edən bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik”.