Türkiyə XİN Bakının azad olunmasının 107-ci ildönümü ilə bağlı Azərbaycan xalqını təbrik edibbackend

Türkiyə XİN Bakının azad olunmasının 107-ci ildönümü ilə bağlı Azərbaycan xalqını təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyi Bakının erməni-bolşevik işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Bu barədə nazirliyin “X” hesabına paylaşım edilib.

“Can Azərbaycanın paytaxtı Bakının işğaldan qurtuluşunun 107-ci ildönümü münasibətilə qardaş Azərbaycan xalqını ən səmimi arzularımızla təbrik edirik. Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən bütün şəhidlərimizi rəhmət, minnət və dərin ehtiramla yad edirik”, – deyə paylaşımda bildirilib.