Türkiyə XİN başçısı Ukraynaya səfər edəcəkbackend

Türkiyə XİN başçısı Ukraynaya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan avqustun 25-də Ukraynaya ilk səfərini edəcək.

Məlumata görə, nazir əvvəlcə avqustun 23-24-də İraqa, daha sonra Ukraynaya səfər edəcək və burada, əsasən, “Taxıl sazişi” ətrafında vəziyyəti müzakirə edəcək.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi hələlik bu səfərlə bağlı rəsmi açıqlama verməyib.

Oxu.az