“Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmini bizim üçün həmişə əhəmiyyətlidir. Türkiyə Azərbaycanı bu məsələdə hər zaman dəstəkləyir”.
Editor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Türkiyəli nazir qeyd edib ki, Azərbaycanla Ermənistanın münasibətləri normallaşarsa, Türkiyənin də Ermənistanla münasibətləri dərhal normallaşacaq.
Hakan Fidan, həmçinin, Türkiyə və Ermənistan sərhədlərinin nə zaman açılacağı haqqında azərbaycanlı jurnalistlərin sualını cavablandırıb.
Onun sözlərinə görə, sərhədlərin açılması Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının yekunlarına əsasən müəyyənləşəcək:
“Biz bu məsələ ilə əlaqədar Azərbaycana dəstək vermişik və verəcəyik”.

