Türkiyə Xarici İşlər Nazirliyi Pakistanda azı 30 nəfərin ölümü ilə nəticələnən terror aktını pisləyib.
Editor.az-ın Türkiyənin “Sabah” qəzetinə verdiyi məlumata görə, nazirlik hadisə ilə bağlı yazılı açıqlama verib. Açıqlamada qeyd olunur:
“Pakistanın Hayber Paxtunxva əyalətinin paytaxtı Peşəvərdə məscidə edilən bombalı hücum nəticəsində ən azı 30 nəfərin həyatını itirdiyi, çox sayda insanın isə yaralandığı xəbərini dərin kədər hissi ilə öyrəndik. Bu mənfur terror aktını qətiyyətlə pisləyir, terror aktında həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara tezliklə şəfa diləyirik. Dost və qardaş Pakistan hökumətinə və xalqına başsağlığı veririk”.
//Editor.az

