“Barış pınarı” bölgəsinə sızmağa cəhd göstərən 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Sülh və təhlükəsizlik şəraitini pozmaq üçün “Barış pınarı” bölgəsinə sızmağa cəhd edən 4 PKK/YPG terrorçusu qəhrəman xüsusi təyinatlı dəstələrimizin uğurlu əməliyyatları ilə zərərsizləşdirilib”, – nazirliyin bəyanatında qeyd edilib.