Yunanıstanda meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün Türkiyədən iki təyyarə və bir helikopter göndərilib.
Editor.az bildirir ki, bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi yazıb. Onun sözlərinə görə, iki AT-802F Fireboss amfibiya təyyarəsi və suyu boşaltmaq üçün qurğularla təchiz edilmiş T-70 helikopteri “Eleftherios Venizelos” beynəlxalq hava limanına enərək oradan “Tatoi” hərbi aerodromuna uçub.
Türk təyyarələrinin əsas xüsusiyyəti onun səmərəliliyidir: su çənlərini tam doldurub havaya qalxmaq cəmi 20 dəqiqə çəkir. Yunanıstanda daima yeni meşə yanğınları baş verir: buna güclü küləklər, istilik və aşağı rütubət kömək edir.
//Samir Qurbanov, Editor.az