Türkiyə yeni radar sistemi yaratdıbackend

Türkiyə yeni radar sistemi yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri yerli mütəxəssislərin ölkənin hava məkanının təhlükəsizliyini gecə-gündüz nəzarətdə saxlayacaq radar yaratdığını açıqlayıb.

Onun sözlərinə görə, qurğu ölkənin cənub-şərqindəki hava limanlarından birində yerləşir. “Bu radar sistemi bir milyon kvadrat kilometrlik ərazidə bütün Türkiyə hava məkanına gecə-gündüz nəzarəti təmin edəcək.

Radar Avropa Hava Hərəkəti Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) tövsiyələri nəzərə alınmaqla hazırlanmışdır”– Abdulkadir Uraloğlu deyib. Nazir daha sonra qeyd edib ki, qurğu bütün beynəlxalq keyfiyyət standartlarına cavab verir.

//Samir Qurbanov, Editor.az