Türkiyə yeni silahını təqdim etdi: düşməni vahiməyə salacaq gözəgörünməz ANKA-3 pilotsuz uçuş aparatı gəlirbackend

Türkiyə yeni silahını təqdim etdi: düşməni vahiməyə salacaq gözəgörünməz ANKA-3 pilotsuz uçuş aparatı gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna mühərriki ilə işləyən Türkiyənin gizli pilotsuz uçan aparatı debüt uçuşunu uğurla başa vuraraq, Türkiyənin pilotsuz uçuş aparatları arsenalını genişləndirib.

Editor.az “Bloomberg”ə istinadən bildirir ki, ANKA-3 pilotsuz uçan aparatı, Türk Aerokosmik Sənayesi (TAI) dövlət şirkəti tərəfindən hazırlanıb və Zaporojye adına Akademik A.G. İvçenko adına “Proqres” Maşınqayırma Dizayn Bürosu tərəfindən təqdim edilən mühərriklə təchiz edilmişdir.

Dekabrın 28-i bir saatdan çox uçaraq 2,4 kilometr hündürlüyə və 280 km/saat sürətə çatıb. Uçuşun videosunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Network X” kanalında yayımlayıb və vurğulayıb ki, pilotsuz təyyarə “mütərəqqi texnologiyası, dizaynı və imkanları sayəsində ölkənin müdafiəsinə mühüm töhfə verəcək”. ANKA-3-ün inkişafı məxfiliklə əhatə olunub və TAİ onun fotoşəkillərini ilk dəfə yalnız bu ilin mart ayında dərc edib.

ANKA-3 kəşfiyyat, müşahidə və döyüş tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. O, 12 kilometrdən çox hündürlükdə uça və 1200 kiloqrama qədər faydalı yük daşıyaraq 10 saata qədər havada qala biləcək. Müstəqil türk aviasiya eksperti Kubilay Yılmaz, ANKA-nın uzun müddət havada qala bilməsi əla qabiliyyət olduğunu deyib. O, müasir hava hücumundan müdafiə radarları tərəfindən belə aşkarlanmadan hədəf nöqtələrinə bir neçə dəfə irəli-geri qayıda bilir.

//Samir Qurbanov, Editor.az