Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “TRT World” telekanalına müsahibəsində bildirib ki, Türkiyə növbəti dəfə Rusiya və Ukraynaya münaqişənin öz ərazisində həlli ilə bağlı danışıqlar aparmağı təklif edib.
Hakan Fidan Türkiyənin Moskva və Kiyevlə sıx əlaqələri sayəsində danışıqlar aparanlara digər oyunçulardan daha çox təklif etdiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, münaqişənin davam etdirilməsində maraqlı tərəflər var, lakin atəşkəsə nail olmaq cəhdləri etməyə dəyər.
Fidan qeyd edib ki, hər iki tərəf və ABŞ danışıqların ilkin mərhələsindədir və onda belə təəssürat yaranıb ki, ABŞ sülh planı hazırlayır. O, həmçinin münaqişənin həlli yollarının tapılması prosesində Avropa İttifaqı ilə məsləhətləşmələrin vacibliyini vurğulayıb. Türkiyənin xarici işlər naziri Avropa liderlərinin Ukrayna ilə bağlı danışıqlarda Aİ ilə məsləhətləşmələrin zəruriliyindən danışarkən haqlı olduqları fikrini ifadə edib. O əlavə edib ki, Türkiyə də bu danışıqlarda iştirak etməlidir, lakin çox vaxt prosesdə iştirak etmək hüququ lazımi səviyyədə tanınmır.
//Samir Qurbanov, Editor.az