Türkiyə Səhiyyə naziri Kemal Memişoğlu bildirib ki, ölkədə hazırlanmış ilk yerli xərçəng dərmanı klinik sınaqların birinci fazasında uğurlu nəticələr göstərib.
Editor.az xəbər verir ki, nazir bu barədə Türkiyə mətbuatına açıqlamasında danışıb.
Onun sözlərinə görə, Türkiyə artıq öz laboratoriyaları, xəstəxanaları və alimləri ilə molekulun kəşfi mərhələsini keçib: “Faza I üzrə klinik tədqiqatlar çox uğurla başa çatdı”.
Qeyd olunur ki, Boğaziçi Universiteti-nin rəhbərliyi ilə hazırlanmış bu molekul Faza II və Faza III klinik sınaqları da uğurla tamamlayacağı təqdirdə, Türkiyə dünyaya ilk yerli xərçəng dərmanını təqdim edə bilər.
Məlumata görə, hazırlanmış texnologiya dərmanın birbaşa şiş hüceyrəsinə yönəldilməsinə imkan yaradır. Bu isə yan təsirlərin azalmasına və müalicənin effektivliyinin artmasına səbəb olur.
//Gülnarə Abasova, Editor.az

