Türkiyə Yunanıstana sərt xəbərdarlıq etdi: Sakitləşməsəniz…backend

Türkiyə Yunanıstana sərt xəbərdarlıq etdi: Sakitləşməsəniz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Yunanıstana xəbərdarlıq edərək “sakit olmayacaqları təqdirdə” Yunanıstan paytaxtının raketlə vura biləcəyini bildirib.

Editor.az bildirir ki, bu barədə “Politico” yazıb. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Türkiyənin Samsun şəhərində çıxışı zamanı deyib: “İndi biz öz raketlərimizi istehsal etməyə başlamışıq və təbii ki, bu yunanları qorxudur. “Tayfun” deyəndə yunanlar qorxur və deyirlər: “Afinanı vuracaqlar”.

Lazım olarsa, əlbəttə ki, vuracağıq”. Qeyd edək ki, “Tayfun” oktyabr ayında Qara dəniz üzərində sınaqdan keçirilib və təxminən 560 kilometr məsafədəki hədəfi vurub ki, bu da Türkiyənin arsenalındakı hazırkı raketlərin məsafəsindən iki dəfə çoxdur. “Sakitləşməsəniz, ordan-burdan, Amerikadan adalara qədər nəsə (silah üçün) almağa çalışsanız, Türkiyə kimi bir ölkə kənardan müşahidəçi olmayacaq. O, nəsə etməlidir”, – Ərdoğan əlavə edib.

Ötən həftə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana xəbərdarlıq edib ki, Egey adalarının hərbiləşdirilməsini dayandırsın, əks halda Ankara “lazımi yerdə lazımi addımlar atacaq”. Hər iki ölkə NATO-da müttəfiq olsalar da, onilliklər ərzində bir sıra ikitərəfli mübahisələr, o cümlədən dəniz sərhədləri, qitə şelfinə qarşılıqlı iddialar və uzun müddətdir davam edən Kipr mübahisəsi ilə bağlı fikir ayrılıqları yaranıb.

  //Samir Qurbanov, Editor.az