Türkiyənin mədəniyyət və turizm naziri Nuri Ersoy ölkəsinin 2023-2027-ci illər üçün YUNESKO-nun Ümumdünya İrs Komitəsinə üzv qəbul edildiyini açıqlayıb.
O, bildirib ki, Türkiyə Parisdə keçirilən “İştirakçı Dövlətlərin 24-cü Baş Assambleyası”nın sessiyasında səsvermə yolu ilə Komitəyə üzv olub. Ersoy vurğulayıb ki, dörd il ərzində YUNESKO-nun Ümumdünya İrs Siyahısına yazılmaq üçün namizədlərlə bağlı qərarların verilməsində Türkiyə öz sözünü deyəcək.
//Samir Qurbanov, Editor.az

