Türkiyədə 199 nəfər koronavirusun yeni variantına yoluxubbackend

Türkiyədə 199 nəfər koronavirusun yeni variantına yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə koronavirusun mutasiyasına uğramış 196 İngiltərə, 2 Cənubi Afrika, bir Brazilya variantı aşkarlanıb.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Elm Qurumunun növbəti toplantısından sonrakı açıqlamasında bildirib.

Nazir bundan başqa özünün Twitter səhifəsində yazıb ki, riskli mutasiyalar sərhəd tanımadan yayılır: “Yeni mutasiyaların rast gəlindiyi və yoluxmaların artdığı bu günlərdə mübarizə tədbirlərimizi artırmalı və rejimə ciddi əməl etməliyik. Qapalı və kütləvi yerlərdən xüsusilə uzaq durmalıyıq”.