Türkiyədə 4 ballıq zəlzələ olubbackend

Türkiyədə 4 ballıq zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Egey dənizində Aydının Kuşadası rayonu sahillərində 4 bal gücündə zəlzələ baş verib.

Editor.az xəbər verir ki, AFAD-dan verilən məlumata görə, episentri Aydının Kuşadası körfəzinin sahilləri olan ərazidə saat 01.35-də Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib. Zəlzələ İzmir, Aydın və ətraf şəhərlərdə də hiss olunub.

İlk məlumatlara görə, yerin 7 kilometr dərinliyində baş verən zəlzələdə heç bir itki qeydə alınmayıb.

//Samir Qurbanov, Editor.az