Türkiyədə 5.8 maqnitudalı zəlzələ: 11 nəfər xəsarət aldıbackend

Türkiyədə 5.8 maqnitudalı zəlzələ: 11 nəfər xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Muğla şəhərində, Mərmərə dənizinin sahilində 5.8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.

Yerli vaxtla 02:17-də qeydı alınan təkanların episentrinin Mərmərədən 10.43 kilometr aralıda, 67.91 kilometr dərinlikdə olduğu bildirilir. Zəlzələ ilk növbədə Muğla və ətraf vilayətlərdə hiss olunub.

Muğla valisi İdris Akbıyık “TRT Haber”in canlı yayımında bildirib ki, təşvişə düşən bir nəfər ikinci mərtəbədən atılıb. O, təşviş pozuntusu və hündürlükdən atlama nəticəsində yaralananların sayının 11-ə yüksəldiyini açıqlayıb. Hər hansı dağıntı ilə bağlı məlumatın olmadığını deyib.