Türkiyədə 5-ci nəsil qırıcı KAAN-ın ilk sınaq uçuşu həyata keçirilibbackend

Türkiyədə 5-ci nəsil qırıcı KAAN-ın ilk sınaq uçuşu həyata keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk təyyarə istehsalçıları 5-ci nəsil qırıcı KAAN-ın ilk sınaq uuşunu həyata keçirib.

Editor.az bildirir ki, bu barədə Türkiyənin müdafiə sənayesi və hərbi aviasiya portalı “SavunmaSanayiST.com” xəbər verir. Türkiyə rəsmiləri hələ hadisə ilə bağlı şərh verməyiblər, yalnız məlumdur ki, təyyarə ən son texniki yeniliklərlə təchiz olunub, sürət və manevr qabiliyyəti baxımından yaxşı məlumatlar nümayiş etdirib və 2030-cu ilə qədər 5-ci nəsil üçün bütün lazımi xüsusiyyətlərə sahib olacaq.

Təyyarənin keçən ilin sonunda sınaqdan keçirilməsi planlaşdırılırdı, lakin onun uçuş sınaqları dəfələrlə təxirə salınıb. İlk qırıcı 2028-ci ildə qoşunlarda xidmətə girəcək.

//Samir Qurbanov, Editor.az