Türkiyədə 600 nəfərin istirahət etdiyi məşhur oteldə yanğın baş veribbackend

Türkiyədə 600 nəfərin istirahət etdiyi məşhur oteldə yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə oteldə baş verən yanğın nəticəsində 6 nəfər xəsarət alıb. Hadisə səhər saatlarında Marmarisdəki “Marmaris Palace” otelində baş verib.

İlkin ehtimala görə, yanğın qazanxanada başlayıb, daha sonra otaqlara keçib.

Hadisə zamanı oteldə 600-ə yaxın qonaq olub. Yanğın siqnalı işə salındıqdan sonra insanlar təxliyə edilib. 6 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Həkimlər qeyd edirlər ki, onların sağlamlıq vəziyyəti narahatlıq doğurmur. Yanğının səbəbi hələ müəyyən edilməyib.

//Samir Qurbanov, Editor.az