Türkiyənin cənub-şərqində baş verən dəhşətli qəzadan sonra beşi uşaq olmaqla, altı nəfər avtomobilin içərisində diri-diri yanıb.
Editor.az bununla bağlı Türkiyənin “Yeni Akit” qəzetinə istinadən xəbər verir. “Siirtin Kurtalan rayonunda aşmış avtomobildə baş verən yanğın nəticəsində ana və beş uşaq diri-diri yanıb.
Avtomobili idarə edən ata isə yaralanıb”, – qəzet xəbər verir. Yanğınsöndürmə qrupları, xilasetmə xidmətləri və jandarma çox sürətlə hadisə yerinə gəlsə də, aşmış avtomobildə sıxışan sərnişinləri xilas etməyə vaxtları olmayıb.
Sürücü təcili yardımla xəstəxanaya aparılsa da, bütün ailəsi dünyasını dəyişib və polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
//Samir Qurbanov, Editor.az

