Amasiyada sürücünün idarəetməsindən çıxan avtomobil kanala düşüb.
kanala düşən iki nəfərin həyatını xilas etməyə çalışan xilasetmə qrupunun bir əməkdaşı da yamacdan yıxılaraq həyatını itirib.
Bütün səylərə baxmayaraq avtomobildən atılaraq kanala düşən 18 yaşlı Murat Şahin və 25 yaşlı Fatma Özdemirin həyatını xilas etmək mümkün olmayıb.

Fatma Özdemir
Xilasetmə əməliyyatı zamanı sürücünün cəsədi çıxarılıb. 25 yaşlı gənc qız isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb, lakin bütün müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü Murat Şahin
Qatıldığı xilasetmə işləri zamanı dik yamacda müvazinətini itirərək kanala düşən Mürsəl Dəmir də ağır yaralanıb. Komanda yoldaşları tərəfindən kanaldan çıxarılan Dəmirə hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha sonra təcili yardımla Taşova Dövlət Xəstəxanasına aparılıb. Lakin bütün müdaxilələr baxmayaraq onun da həyatını xilas etmək mümkün olmayıb.
Musavat.com

