Türkiyənin mərkəzində, Yozqat-Kayseri avtomobil yolunun Battal kəndi yaxınlığında, sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.
Hadisə nəticəsində 18 sərnişin xəsarət alıb, 1 nəfər ölüb. Bildirilir ki, nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib, nəticədə avtobus yoldan çıxaraq aşıb.
Qəza yerinə təcili yardım və polis qrupları gəlib. Nəqliyyat vasitəsinin Tarsus-Amasya marşrutu ilə hərəkət etdiyi qeyd edilir.
//Samir Qurbanov, Editor.az

