Bu gün Şırnak vilayətində içərisində insanların olduğu avtobus atəşə tutulub.
Editor.az bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib. İlkin yayılan məlumata görə, avtobus partlayıb.
Partlayışın səbəbi dəqiqləşdirilməyib. sonradan məlum olub ki, rəsmi funksiyanı yerinə yetirən avtomobilə atəş açılıb. İlkin məlumata görə, atəş Şimali İraqdan gəlib. Yerlikaya qeyd edib ki, fövqəladə hadisə bu gün günorta baş verib. Mədən şirkətinə məxsus xidməti avtobus Silopi ərazisində yolda hərəkətdə olarkən partlayış baş verib.
Partlayış nəticəsində bir vətəndaşımız həlak olub, ikisi ağır olmaqla 8 nəfər yaralanıb. İdarə artıq ilkin araşdırma aparıb və Müdafiə Nazirliyi də orada iştirak edib. Mümkün motiv müəyyən edilib – bu, kömür mədəninə görə münaqişə ola bilər. Yerlikaya əmin edib ki, artıq bütün lazımi təhlükəsizlik tədbirləri görülüb. Bundan əvvəl KİV-lər avtobusun qumbaraatanlardan atəşə tutulduğunu yazmışdı.
//Samir Qurbanov, Editor.az