Türkiyədə avtobus qəzası: ölənlər və yaralananlar varbackend

Türkiyədə avtobus qəzası: ölənlər və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə Türkiyənin Karaisalı bölgəsində böyük qəza baş verib. Sərnişin mikroavtobusu xəndəyə uçaraq aşıb, daha sonra nəqliyyat vasitəsi alovlanıb.

Editor.az bildirir ki, bu barədə məlumatı TRT portalı yayıb. Qəza nəticəsində avtobusun 18-ə yaxın sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 7-si uşaq olub, 3 nəfər ölüb.

Hadisə yerinə təcili yardım və polis qrupları gəlib. Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb.

//Samir Qurbanov, Editor.az