“Ötən gün İğdır-Ankara marşrutu ilə hərəkət edən avtobusun Qars-Ərzurum yolunun Sarıqamış rayonu ərazisində aşması nəticəsində 21 azərbaycanlı yaralanıb”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycanın Qars şəhərindəki Baş konsulu Nuru Quliyev bildirib.
Onun sözlərinə görə, qəza zamanı iki nəfər vəfat edib, 14 nəfər yaralanıb:
“Ölənlər – 2002-ci il təvəllüdlü Qəmər Niyazova, 1961-ci il təvəllüdlü Fazilə İsmayılovadır. 13 nəfərə yerində yardım göstərilib və evə buraxılıb. Bir nəfərin isə vəziyyəti ağırdır”.

