Türkiyədə ayaqları sınan model əlil oldubackend

Türkiyədə ayaqları sınan model əlil oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Türkiyədəki istirahəti zamanı iki ayağını sındıran ingilis müğənni Keti Prays pərəstişkarlarına üzücü xəbər verib.

Editor.az axşam.az-a istinadən bildirir ki, 42 yaşlı sənətçi yenidən əməliyyat olunacağını və ömürlük əlil qalacağını bildirib:

“Əvvəlki sağlamlığıma qovuşa bilməyəcəm, bunu artıq anlamışam. Bu qəza həyatımı dəyişdi. Çox ağrılarım olur, amma ağrıkəsici qəbul etmək istəmirəm. Asılı olmaqdan qorxuram. Ayağımın biri digərinə nisbətən daha uzundur. Çünki sümüyümə metal bərkidilib. Həkimlərin araşdırmasından sonra mənə əlillik sənədi verilib. Pilləkənləri çıxa bilmirəm. Ağır əşya qaldıranda ağrılarım daha da artır. Həkimlər gün ərzində 20 dəqiqədən çox gəzməyə icazə vermir”.

Qeyd edək ki, Keti Prays estetik əməliyyatlar etdirmək üçün tez-tez Türkiyəyə gedirdi. Həkimlər daha əvvəl müğənninin 3-6 ay ərzində sağlam həyatına geri dönəcəyini bildirmişdilər.