Türkiyədə azərbaycanlı gənc qızın hərəkəti gündəm oldu – VİDEObackend

Türkiyədə azərbaycanlı gənc qızın hərəkəti gündəm oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə azərbaycanlı gənc qızın köməyə möhtac birinə yardım etməsi sosial mediada gündəm olub.

Editor.az Bakupost.az-a istinadən xəbər verir ki, görüntülər Türkiyə səhifələrində geniş yayılıb.

Belə ki, gənc bir oğlan ətrafdakı insanları sınamaq üçün gizli çəkilişlə kimin ona yardım edəcəyi ilə maraqlanıb.

Parkda əyləşən xanımdan zəng etmək üçün telefonunu istəyib və guya anasına yığaraq pulsuz qaldığını, köməyə ehtiyacı olduğunu bildirib.

Bu isə azərbaycanlı xanımın diqqətini çəkib və onunla maraqlanıb, yardım edəcəyini deyib.

Sonda əslində gizli çəkiliş olduğunu bilən gəncə İphone 14 Pro Max və pul hədiyyə edilib.

Daha ətraflı videoda: