Türkiyədə baş verən yanğınların arxasında kimlər dayanır?backend

Türkiyədə baş verən yanğınların arxasında kimlər dayanır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Türkiyə rəsmiləri tərəfindən baş verən yanğınların ekoloji terror olub-olmaması ilə bağlı hələ konkret açıqlama verilməliyib. Lakin KİV-də bu yanğınları törədənlərin kimliyi ilə bağlı müəyyən versiyalar gəzir. Kilometrlərlə bir-birindən uzaq ərazilərdə eyni vaxtda yanğınların başlaması terror müdaxiləsi ehtimalını önə çıxarır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

O, bildirib ki, məsələyə Türkiyə kontekstindən yanaşsaq birinci versiya olaraq, PKK terrorçuların bu hadisəni törətdiyi düşünülür:

“Lakin bu, yalnız PKK təşkilatının həyata keçirəcəyi məsələ deyil. PKK hər zaman alət olaraq istifadə edilir. İndiyə qədər PKK-nın kiçik bir ərazidə törətdiyi meşə yanğınlarının şahidi olmuşuq. Türkiyə uzun müddətdir ki, terrora qarşı mübarizə aparır. Artıq nə PKK, nə də onun arxasında duran qüvvələr silahlı terror ilə Türkiyəyə təsir edə bilmir. PKK və onun arxasında duran qüvvələr ola bilər ki, təbii fəlakət kimi görülən yanğınla öz terror aktını davam etdirir. Bu yanğınlarının qarşısında duran əsas hədəf Türkiyənin iqtisadiyyatını məhv etməkdir. Məlumdur ki, baş verən yanğınlar Türkiyənin turizm bölgəsində baş verib. Türkiyənin əsas gəlir mənbəyi olan turizmə ciddi ziyan vuruldu və bu növbəti illərdə də Türkiyə iqtisadiyyatına ciddi şəkildə mənfi təsir göstərəcək”.

Politoloqun sözlərinə görə, Türkiyədaxili proseslərə nəzər salsaq, görərik ki növbədənkənar seçkilərin keçirilməsi məsələsi müxalifət tərəfindən yaxın günlərdə gündəmə gətirildi və iqtidar tərəfi 2023-cü ildə seçkilərin keçiriləcəyini bildirdi:

“İndiki vəziyyətdə yanğınların baş verməsi seçkini tezləşdirə bilər. Çünki Türkiyədə insanlar nəyəsə görə etiraz etməyə başladıqda seçki tələb edirlər. Ola bilər ki, anti-Türkiyə qüvvələr PKK və ya başqa terror təşkilatlarının əli ilə bu yanğınları törədərək ictimai narazılığı gücləndirməyə çalışır, iqtisadiyyata zərbə vurur, həm də mövcud hakimiyyəti çətin vəziyyətə salır. Konyada baş verən bir qətl hadisəsinin üzərində aparılan siyasi manipulyasiyaya nəzər salaq. Bir ailənin 7üzvü qətlə yetirildi . Xüsusən CHP, HDP və digər müxalif qüvvələr, .əsasən də Qərbə meyilli müxaliflər bunu türk -türd qarşıdurması kimi göstərməyə çalışırlar. Türkiyə dövlətində artıq PKK terroru sıradan çıxıb. Kürdlər artıq PKK-ya qoşulmurlar. Məhz PKK-nı yenidən diriltmək üçün bu hadisə türk-kürd qarşıdurması kimi göstərilir. Bu da onu deməyə əsas verir ki, müəyyən qüvvələr artıq bu istiqamətdə fəaliyyətə keçib. Həm yanğınlar, həm də paralel olaraq Konyada belə bir hadisənin baş verməsi bu versiyanı da gücləndirir”.

Asif Nərimanlı qeyd edib ki, Türkiyəyə yardım edən bir çox ölkələrdə eyni vaxtda yanğınların baş verməsi xüsusilə maraqlıdır və məsələni artıq qloballaşdırır:

“Beynəlxalq mütəxəssislər dünyanın bir çox yerində eyni anda yanğınların baş verməsinin qlobal istiləşmə ilə bağlı olduğunu bildirir. Lakin məsələni siyasi tərəfdən xarakterizə etsək, dünyada pandemiyadan sonra dövlətlərin sərhədləri açması məsələsi ön plana çıxır. Bilirik ki, pandemiya bir çox ölkələrin iqtisadiyyatına ciddi ziyan vurdu. Xüsusilə, turizmə ciddi şəkildə zərər dəydi. Artıq vaksinasiya prosesi başladıqdan dərhal sonra bir çox ölkələr sərhədləri açdı və turizm yavaş-yavaş canlanmağa başladı. Pandemiyanı qlobal güclərin həyata keçirdiyi bir layihə olaraq düşünsək, əsas hədəf insanları daha lokal yerlərdə toplamaq idi. (Yəni, öz küçələrində, evlərində, ölkələrində) . Lakin indi insanlar başqa ölkələrə səyahət edə bilir. O zaman sual yaranır. Turizmə vurulan zərbə həm də yenidən insanların başqa ölkələrə səyahət etməsinin qarşını almaq üçündür? Məlumdur ki, insanlar artıq yanğın təhlükəsindən, təbii fəlakətlərdən qorxub, başqa ölkələrə səyahət etməkdən çəkinəcəklər. Baş vermiş bu yanğınlar bir çox sualların yaranmasına gətirib çıxarır”.

//Gülnarə Abasova, Editor.az