Türkiyədə böyük əməliyyat: nazir vacib nüansları açıqladıbackend

Türkiyədə böyük əməliyyat: nazir vacib nüansları açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin 14 vilayətində silah qaçaqmalçılığına qarşı əməliyyat keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

“İki həftə ərzində İstanbul başda olmaqla, 14 vilayətdə silah qaçaqmalçılığına qarşı keçirilən əməliyyat nəticəsində 398 tapança, 175 ov tüfəngi, 32 avtomat ələ keçirilib. Qaçaqmalçılıqla məşğul olmaqda şübhəli bilinən 202 nəfər saxlanılıb”, – deyə nazir qeyd edib.

Məlumata görə, həmçinin qanunsuz silah istehsalı ilə məşğul olan dörd emalatxananın fəaliyyəti dayandırılıb.