Türkiyədə “casus ovu” davam edirbackend

Türkiyədə “casus ovu” davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə İsrailin xeyrinə casusluq etdiyi üçün 8 nəfər saxlanılıb.

Editor.az xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin rəhbərinin sosial şəbəkələrdəki səhifələrində yer alan məlumatda deyilir.

Ali Yerlikaya vurğulayıb ki, onların hamısı Türkiyədəki insanlar və şirkətlər haqqında İsrailin xeyrinə məlumat toplamaqda şübhəli bilinirlər: “Türkiyədə şəxslər və şirkətlər haqqında məlumat toplayan, bu məlumatları və sənədləri İsrail kəşfiyyatının ünsürlərinə ötürən şəxslərə qarşı təşkil edilən KÖSTEBEK-3 əməliyyatı çərçivəsində 8 şübhəli saxlanılıb”, – nazirliyin rəhbəri yazıb.

O, aydınlaşdırıb ki, iki nəfər həbs edilib, qalanları barəsində isə məhkəmə nəzarəti barədə qərar qəbul edilib.

//Samir Qurbanov, Editor.az