Türkiyədə casusluqda şübhəli bilinən ruslar HƏBS EDİLDİbackend

Türkiyədə casusluqda şübhəli bilinən ruslar HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə dörd Rusiya, bir Ukrayna və bir Özbəkistan vətəndaşı həbs edilib.

Editor.az  Publika.az-a istinadən xəbər veirr ki, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb.

Bildirilib ki, onlar hərbi və siyasi casusluq, habelə çeçen müxalifətçilərinə hücum hazırlamaq ittihamı ilə həbs ediliblər.

Qəzet həbs olunanların adlarını da açıqlayıb:

Rusiya vətəndaşları: Abdulla Abdullayev, Ravşan Əhmədov, Beslan Rasaev və Aslanbek Abdulmuslimov,

Ukrayna vətəndaşı: İqor Efrim

Özbəkistan vətəndaşı: Əmir Yusupov

Qeyd edilib ki, ittiham aktına əsasən, onları 15 ildən 20 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, oktyabrın 9-da “CNN Türk” telekanalı casusluqda şübhəli bilinən 6 xarici vətəndaşın Türkiyədə saxlanılması ilə bağlı məlumat yayıb. Telekanalın məlumatına görə, əməliyyat zamanı saxlanılanların üzərində silah və Rusiya pasportu aşkarlanıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rusların Türkiyədə saxlanılması ilə bağlı heç bir məlumatı olmadığını söyləyib.

Milli.Az