Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) son 20 ildə ilk dəfə qalib gəldibackend

Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) son 20 ildə ilk dəfə qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərində istənilən nəticəni əldə edə bilmədiyini bildirib.

Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası 20 ildə ilk dəfə hakim partiyaya qalib gəlib. “Təəssüf ki, bələdiyyə seçkilərində istədiyimiz və ümid etdiyimiz nəticəni əldə edə bilmədik”, – deyə Ərdoğan Ankarada tərəfdarlarına bildirib. Ərdoğan hesab edir ki, xalq öz mövqeyini seçki qutusu vasitəsilə siyasətçilərə çatdırır və səsvermənin nəticəsindən asılı olmayaraq, türk demokratiyası qalib gəlib.

Prezident qeyd edib ki, seçkilər ciddi insidentsiz başa çatıb. Onun sözlərinə görə, onlar “son deyil, dönüş nöqtəsinin başlanğıcı” idi. Dövlət başçısı söz verib ki, yaxın 4-5 ildə onun partiyası ölkənin aktual problemlərinə diqqət yetirəcək.

Xatırladaq ki, protokolların 93%-i hesablandıqdan sonra bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyası 37,4%, hakim Ədalət və İnkişaf Partiyası 35,7% səs toplayıb. Üç böyük şəhərin – Ankara, İstanbul və İzmirin müxalifət bələdiyyə sədrləri seçkilərin nəticələrindən sonra öz mövqelərini qoruyacaqlar.

//Samir Qurbanov, Editor.az