Türkiyədə dağıntılar altında qalan bütün mədənçilər xilas edilibbackend

Türkiyədə dağıntılar altında qalan bütün mədənçilər xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xilasedicilər Türkiyənin şərqindəki Elazıg bölgəsində mədəndə dağıntılar altında qalan bütün mədənçiləri xilas etməyə müvəffəq olub.

Editor.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi sosial şəbəkələrdə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, şaxtaçılardan biri öz gücü ilə səthə çıxa bilib.

Qalan 3 işçi xilasedicilərin sayəsində təxliyə edilib. Hadisə 1400 metr dərinlikdə yerləşən xrom hasilatı müəssisəsində baş verib. Faktla bağlı respublika prokurorluğu araşdırmalara başlayıb.

//Samir Qurbanov, Editor.az