Türkiyədə daha bir nəfər dağıntılar altından sağ çıxarıldı – VİDEObackend

Türkiyədə daha bir nəfər dağıntılar altından sağ çıxarıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Adıyaman şəhərində daha bir nəfər dağıntılar altından sağ çıxarılıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşım edilib.

“Bu gün səhər saatlarında 3-cü Ordu Komandanlığımızın Mühəndis taborunun üzvləri Adıyamanda Soner Tuğtekin adlı vətəndaşımızı sağ-salamat xilas ediblər”, – deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, xilasedicilər bu gün səhər dağılmış binanın qalıqları altından yeniyetmə qızı da aşkar edərək həyatını xilas ediblər.