Türkiyə Respublikası ərazisində 4 bal gücündə zəlzələ qeydə alınıb.
Adıyaman şəhərində baş verən yeraltı təkanların episentri Sincik rayonunda, mənbəyi isə 7 km dərinlikdə yerləşib.
Editor.az bildirir ki, bu barədə Türkiyə Hökumətinin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat verib. Zəlzələnin fəsadları barədə məlumat yoxdur.
Xatırladaq ki, ötən gün Kayseri vilayəti də silkələnib. Orada maqnituda da 4 olub. Tələfat və dağıntı olmayıb.
//Samir Qurbanov, Editor.az

