Türkiyənin Samsun şəhərində dəhşətli qətl hadisəsi törədilib.
BAKU.WS xəbər verir ki, uzun müddətdir 16 yaşlı əmisiqızı ilə evlənmək istəyən 41 yaşlı Erkan onların evinə silahla hücum edib. Buna səbəb ailənin və qızın Erkanla izdivaca razı olmamasıdır. O, silahla evə girərək əmisi arvadını qətlə yetirib, əmisiqızını isə ağır yaralayıb.
Erkan cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. Silah səsi eşidən qonşuları polis və təcili yardım çağırıblar.
16 yaşlı qız şəhər xəstəxanasına, qətlə yetirilən anası isə morqa aparılıb. Polis araşdırma apararaq qısa zamanda qatili yaxalaya bilib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

