Türkiyədə dəhşətli olay: polislər və vətəndaşlar xəstəxanaya yerləşdirildibackend

Türkiyədə dəhşətli olay: polislər və vətəndaşlar xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Sakarya şəhərində kimyəvi zəhərlənmə olub.

Publika.az xəbər verir ki, Pamukova rayonunda kimyəvi maddənin olduğu iddia edilən balondan sızan qaz 2-si polis olmaqla, 12 nəfəri zəhərləyib.

Qurbanların yerləşdirildiyi Dövlət Xəstəxanasına profilaktik tədbirlər məqsədilə giriş-çıxış bağlanıb. Qazdan zəhərlənən 3 nəfər Sakarya Elm və Araşdırma Xəstəxanasına köçürülüb.

Bölgəyə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi və səhiyyə briqadaları cəlb olunub.

Hadisə ilə bağlı istintaq araşdırmalarına başlanılıb.