Türkiyədə Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək: Əsas gündəm Rusiya-Ukrayna müharibəsidirbackend

Türkiyədə Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək: Əsas gündəm Rusiya-Ukrayna müharibəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ukraynanın gündəliyi ilə bağlı Nazirlər Kabinetinin iclası keçiriləcək.

Editor.az türk mətbuatına istinadən xəbər verir ki, iclasda bölgədə baş verən proseslərin Türkiyəyə təsirləri ilə bağlı hərtərəfli qiymətləndirmənin aparılacağı gözlənilir.

Bu məsələ ilə bağlı Ərdoğan və onun heyətinin həmkarları ilə diplomatik təmasları müzakirə olunacaq. İclasda Rusiyanın hücumuna son qoymaq üçün vasitəçilik də daxil olmaqla atıla biləcək bütün addımlar müzakirə olunacaq. Rusiyanın Ukraynaya qarşı əməliyyatının regionda yaradacağı vəziyyət və bunun iqtisadiyyat, ticarət və turizm sektoruna təsirləri, qərb ölkələrinin SWIFT addımı da Nazirlər Kabinetinin gündəmində olacaq.

Ukraynada Türkiyə vətəndaşlarının təxliyəsi üçün aparılan işlər müzakirə olunacaq.

Nazirlər Kabinetinin iclasında ölkədaxili proseslər, xüsusilə də iqtisadiyyatla bağlı məsələlər dəyərləndiriləcək. Prezident Ərdoğan görüşdən sonra xalqa müraciət edəcək.

//Gülnarə Abasova, Editor.az