Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) 12 noyabrda verdiyi məlumata görə, Türkiyədə eyni bölgədə dörd zəlzələ baş verib. İlk təkanlar Aralıq dənizində yerli vaxtla saat 13:31-də qeydə alınıb.
Onların maqnitudası 5,2 olub. Zəlzələ Şimali Kipr Türk Respublikasında, Antalyada və Adanada da hiss olunub.
3,5 bal gücündə ikinci zəlzələ saat 13:36-da baş verib.
Bölgədə saat 13:41-də 4,8 bal gücündə üçüncü zəlzələ olub. 4,2 bal gücündə dördüncü zəlzələ isə saat 13:59-da qeydə alınıb. Tələfat və ya dağıntı barədə məlumat verilməyib.
//Samir Qurbanov, Editor.az

