Türkiyə polisi ABŞ hərbçilərinin yerləşdiyi İncirlik Hava Bazasına basqın etməyə cəhd edən Fələstin tərəfdarı nümayişçilərin qarşısını almaq üçün gözyaşardıcı qaz və şırnaqlardan istifadə edib.
Editor.az bildirir ki, bu barədə DW məlumat yayıb.
Yüzlərlə nümayişçi Türkiyə və Fələstin bayraqlarını dalğalandıraraq və şüarlar səsləndirərək barrikadaları aşıb və polislə toqquşub. Onlar İsrailin Qəzza zolağındakı əməliyyatına, həmçinin ABŞ-ın İsrailə dəstəyinə qarşı çıxmış, həmçinin aviabazanın bağlanmasını tələb ediblər.
Mitinq, 2010-cu ildə Qəzzaya zolağın mühasirəsini yarmaq çalışan donanmaya rəhbərlik edən Türkiyənin İslami Yardım Təşkilatı olan Humanitar Yardım Fondu (İHH) tərəfindən təşkil edilib. Bundan sonra İsrail əsgərləri doqquz sərnişinin olduğu flaqman gəmisinə minmiş, 9 nəfər öldürülmüşdü.
Onu da qeyd edək ki, aviabazaya hücum cəhdləri ABŞ dövlət katibi Antoni Blinkenin Türkiyəyə səfərindən əvvəl baş verib.
//Samir Qurbanov, Editor.az

