İl ərzində Türkiyədə Fransaya casusluq edən şəbəkə ifşa edilib.
Editor.az bildirir ki, bu barədə Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) məlumat yayıb. Ümumilikdə 3 nəfər həbs edilib ki, onların da bir ildən bəri Fransa Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) üçün casusluq fəaliyyəti həyata keçirdikləri müəyyən edilib. İstanbul polisi və MİT əməkdaşları Fransa kəşfiyyatının xəbərdarlığından sonra Türkiyəni tərk etməyə çalışan casusları saxlayıblar.
Hamısı suriyalı olmaqla üç nəfər həbs edilib: Ahmet Kati, İbrahim Şevaiş və Xalis Elnahar. MİT-in məlumatına görə, onlar Türkiyənin miqrasiya siyasəti və ölkədə insan haqlarının pozulması ilə bağlı yalan məlumatlar ötürüblər.
//Samir Qurbanov, Editor.az

