Türkiyədə güclü partlayış: iki polis yaralandıbackend

Türkiyədə güclü partlayış: iki polis yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Bingöl vilayətində Xüsusi Hərəkat Şöbəsində təlim bölgəsinə döyüş sursatlarının çatdırılması zamanı partlayış baş verib.

Baş verən partlayışda 2 polis əməkdaşı ağır yaralanıb.

Bingöl Qubernatorluğundan verilən açıqlamada deyilir ki, partlayış saat 13:30 radələrində Kaleönü Məhəlləsindəki Xüsusi Hərəkat Şöbəsində təlim bölgəsinə döyüş sursatı (tank əleyhinə) daşınarkən baş verib.

Ağır yaralanan polislərin Bingöl Dövlət Xəstəxanasına çatdırıldıqları bildirilir.

//Editor.az